Menu

Rusiya və Türkiyə olmadan, Suriya məsələsinin həlli mümkün deyil - Angela Merkel

29.11.2019, 00:10
Rusiya və Türkiyə olmadan, Suriya məsələsinin həlli mümkün deyil - Angela Merkel

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, noyabrın 27-də Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel Bundestaqdakı çıxışı zamanı bəyan edib ki, Rusiya və TÜrkiyənin iştirakı olmadan Suriyada siyasi tənzimləmə mümkün deyil. 

«Bu, Rusiyasız mümkün deyil, bu, Türkiyəsiz mümkün deyil» -deyə, kansler bildirib.

Merkel qeyd edib ki, məhz ona görə də Rusiyanın prezidenti Vladimir Putinlə və Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla görüş qaçılmaz idi.

Xəbər verildiyi kimi, oktyabrın sonunda Rusiya Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Suriyanın şimalıda «beynəlxalq nəzarət altında, həm də Rusiyanın və Türkiyənin iştirakı ilə» təhlükəsizlik zonası yaradılması barədəki təklifini rədd edib. Moskva buna heç bir ehtiyacın olmadığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol