Milli Məclisin buraxılması barədə məsələ dekabrın 2-də parlamentdə müzakirəyə çıxarılacaq. "Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.
O bildirib ki, dekabrın 2-də qanunverici orqanın iclası keçiriləcək: "İclasın gündəliyində bir məsələ var. Bu da YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir".
"Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar mənə müraciət ediblər. Onlar V çağırış Milli Məclisin buraxılması ilə bağlı növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələnin müzakirəyə çıxarımasını istəyiblər"- deyə spiker bildirib.
"Mən də bu məsələyə dəstək vermişəm. Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək", - deyə O.Əsədov vurğulayıb.
Milli Məclisin sədri deyib ki, qanunverici orqanın buraxılması barədə məsələ bütün deputatlara aiddir: "Bu, hər kəsə aiddir, həm siyasi partiyaların üzvlərinə, həm də birtərəf olanlara".
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.
***
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatların parlamentin buraxılması ilə bağlı müraciəti Milli Məclisə daxil olub.
Report xəbər verir ki, müraciət artıq parlamentdədir.
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub

Şərhlər
Yəqin ki Buraxılmayacaq. Parlamrnt oyunu baş tutmayacaq
Cox düzğün qərqr oldu.Un,Xalca,Ğeyim,Ərzaq və diğər monapoliya azalar.
milmil məylis olduğu tam bəlli oldu və fatəsi verildi
milmil məylis olduğu tam təsdiqini tapdı