Rusiya prezidenti Vladimir Putinin mühafizə xidmətinin keçmiş rəhbəri Sankt-Peterburqun vitse-qubernatoru təyin edilib. Bu hadisə bir daha sübut edir ki, prezidentin cangüdənləri loyallığa görə əsas vəzifələrlə mükafatlandırılır. Bu barədə Britaniyanın “The Times” nəşri yazır.
Məqalə müəllifi Mark Bennets qeyd edir ki, 51 yaşlı Valeri Pikalev əvvəllər Valday gölü yaxınlığında yerləşən rəsmi iqamətgahda Putinin mühafizə xidmətinə başçılıq edib. (...) Onun yeni təyinatı Leninqrad və Novqorod vilayətlərində dövlət postlarından sonra bürokratik aparatda sürətli yüksəlişin növbəti mərhələsidir.
Məqalədə deyilir ki, Pikalev Putinin son üç ildə qubernator və ya vitse-qubernator vəzifəsinə təyin edilən keçmiş cangüdənlərindən sayca beşincisi olub. Putinin eks-mühafizəçiləri arasında ən məşhuru 65 yaşlı Viktor Zolotov Milli Qvardiyanın rəhbəri, Rusiya Təhlükəsizlik Şurasının üzvüdür.


Şərhlər