Menu

AVRO-2020: Püşkatma mərasimi start götürüb - AFFA prezidenti tədbirdə iştirak edir

30.11.2019, 21:19
AVRO-2020: Püşkatma mərasimi start götürüb - AFFA prezidenti tədbirdə iştirak edir

Bu saatlarda  Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi təşkil olunur.

 Bakı vaxtı ilə saat 21:00-da başlayan mərasimdə çempionatın ev sahibi şəhərlərindən biri olan Bakını nümayəndə heyəti olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, “Avro 2020”nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev təmsil edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol