“Püşkdən öncə rəqiblərdən çox şəhərləri və səfərləri müzakirə etmişdik. Biz uzaq səfər olsa belə Bakını istəyirdik”.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.
O, AVRO-2020-nin final mərhələsinin püşkatmasına münasibət bildirib. İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda yer alan “ay-ulduzlular”ın çalışdırıcısı oyunlarından ikisini Bakıda keçirəcəklərini sevinclə qarşılayıb: “Azərbaycanda, Bakıda öz meydanımızda oynayacağımızı düşünürük. Açılış oyununu Romada keçirdikdən sonra Bakıya getmək bir az çətin olacaq. Avropanın güclü komandaları püşkə qatıldı. Hamısına uğurlar arzulayıram. Bu turnirdə olmaq Türkiyə üçün qürurvericidir.


Şərhlər