Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb. Hadisə zamanı avtobusda 43 nəfər olub.
Faktla bağlı cinayət işi qaldırılıb.


Şərhlər