Menu

“Gözlə bizi, can Azərbaycan” - Binəli Yıldırım

01.12.2019, 21:52
“Gözlə bizi, can Azərbaycan” - Binəli Yıldırım

Xəbər verdiyimiz kimi, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Türkiyə yığması püşkatmanın nəticəsinə əsasən iki oyununu Bakıda keçirirəcək.

"Qafqazinfo"nun məlumatına görə, bununla bağlı türkiyəli millət vəkili Binəli Yıldırım şəxsi tvitter hesabında paylaşım edib.

"İtaliya, İsveçrə və Uels qarşısında "ay-ulduzlular"ımıza uğurlar diləyirəm. İki matçımızı Bakıda oynamaq üçün səbrsizlənirəm. Gözlə bizi, can Azərbaycan",-deyə sabiq Baş Nazir paylaşımda qeyd edib.

Qeyd edək ki, Türkiyə - Uels matçı 17 iyun tarixində, İsveçrə - Türkiyə qarşılaşması isə ondan 4 gün sonra baş tutacaq.

Şərhlər

Elli 2019-12-01 22:04:52

Vətəninizə xoş gəlirsiniz canımız Türkiyəmiz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol