Menu

Tramp Makronla görüşəcək - Ərdoğanı isə görməzliyə vurur

02.12.2019, 00:45
Tramp Makronla görüşəcək - Ərdoğanı isə görməzliyə vurur

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp NATO sammiti çərçivəsində fransalı həmkarı ilə görüşmək niyyətindədir.

Ağ Evin məlumatına görə, dekabrın 3-4 tarixlərində tərəflər Londonda alyans çərçivəsində əməkdaşlıq və müdafiə xərclərinin yenidən bölüşdürülməsi məsələlərini müzakirə edəcəklər.

Bundan başqa, Vaşinqtonda qeyd ediblər ki, «NATO beyninin ölməsi» barədə səsləndirliyi fikirə görə, Makronu qınamırlar və bu polemikanı «demokratik standartlar çərçivəsində» normal hesab eirlər.

«Onlar bir-birinə dərin hörmət bəsləyirlər. Alyansa yönəlik onların prioritetləri müxtəlifdir. ABŞ prezidenti istəyir ki, alyans güclü, onun xərc yükü isə adekvat olsun. Hesab edirəm ki, prezident Makron hələlik bu qrupdan nələri gözlədiyini müəyyən edir» - deyə, ABŞ administrasiyasındakı mənbə bildirib.

Bununla yanaşı, Tramp sammit çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ikitərəfli görüş keçirməyi planlaşdırmır. 

Məlum olduğu kimi, ötən cümə günü Ərdoğan Makrona «öz beyni» barədə düşünməyi tövsiyə edib.

NATO liderləri Ərdoğana xatırlatmaq niyyətindədirlər ki, S-400 ZRK sistemlərinin istifadəsi alyans üzvünün statusu ilə bir araya sığmır və həm də S-400 radarlarının işə salınmasından narahatlıq keçirirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol