Menu

İraqda İran konsulluğu yenidən atəşə tutulub

01.12.2019, 23:31
İraqda İran konsulluğu yenidən atəşə tutulub

İraqın cənubunda Nəcəf şəhərində hökumət əleyhinə mitinq zamanı nümayişçilər tərəfindən İran konsulluğunun binası yenidən atəşə tutulub.

APA İraqın “Şəfəq” xəbər agentliyinə istinadəla xəbər verir ki,

bir həftədə ikinci belə analoji hadisə baş verib.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurma nəticəsində konsulluq yaxınlığında 100-dən çox adam yaralanıb.

Rəsmi Tehran bununla əlaqədar Bağdada etirazını bildirib. İraqın Xarici İşlər naziri Məhəmməd əl-Hakim isə öz növbəsində iranlı həmkarı Cavad Zərifdən üzr istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol