Menu

Azərbaycanla ATƏT arasında anlaşma memorandumu imzalanıb

25.09.2014, 12:00
Azərbaycanla ATƏT arasında anlaşma memorandumu imzalanıb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib. Tərəflər ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinin ofisi və ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası hökuməti arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında anlaşma memorandumu” imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol