Menu

Avtomobil bazarında qiymətlər "əl yandırır" - REPORTAJ

03.12.2019, 14:22
Avtomobil bazarında qiymətlər "əl yandırır" - REPORTAJ

Azərbaycanda avtomobil bazarında satışın vəziyyəti zəif olaraq qalır.

Bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

Satıcılar bildiriblər ki, bazara çoxlu sayda maşın çıxarılmasına baxmayaraq, alıcı sayında azlıq müşahidə olunur. Bazarda nisbi tələbat isə əsasən Almaniya istehsalı və qiyməti 10 min manata qədər olan avtomobillərdir.

Alıcı azlığının səbəbi kimi qiymətlərin baha olması göstərilir. Satıcıların sözlərinə görə qarşıdan soyuq aylar gəldiyi üçün qiymətlərin daha da artacağı gözlənilir. Elə alıcılar da qiymətlərin yüksək olması səbəbilə büdcələrinə uyğun maşın tapa bilməməkdən şikayətləniblər.

Şərhlər

vuqar 2019-12-03 15:25:44

------------

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol