Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Nabat" filmi avropalıları qəzəbləndirib. Trend xəbər verir ki, bunu "Azərbaycanfilm" kinostudiyasının baş direktoru Müşfiq Hətəmov jurnalistlərə açıqlamasında bildirib.
M.Hətəmov deyib ki, "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal edilən "Nabat" filmi çox uğurlu alınıb. Film 25 ildən artıq bir dövr ərzində davam edən və Azərbaycan xalqının ağrılı problemi olan Qarabağ münaqişəsindən bəhs edilir.
“Nabat” artıq nüfuzlü Venesiya kinofestivalına dəvət alaraq, orada nümayiş etdirilib: "Həmin filmə baxış zamanı İtaliyada bizə sual verdilər ki, Azərbaycan dövləti niyə Qarabağ münaqişəsindən bəhs edən film çəkir, belə bir filmin çəkilişinə razılıq verir. Onlar bir növ bunu etirazla qarşıladılar. Bu suala cavab olaraq isə bildirdim ki, bu film artıq sülhün yaranması, Qarabağ münaqişəsinin bir an tez və ədalətli həll olunması naminə çəkilib. Burada başqa məqsəd güdülməyib".


Şərhlər