ƏLVİDA, AMERİKAN JANDARMI! - Trampdan sonra Amerika dünya arenasına qayıdacaqmı?

Bu gün Amerika artıq dünya nizamının mühafizəçisi deyil və bu vəziyyətin gələcəkdə dəyişiləcəyi gözlənilmir. ABŞ-ın beynəlxalq arenadakı fəaliyyətsizliyində təkcə Tramp günahkar sayıla bilməz. O, sadəcə öz töhfəsini verib.

Tramp Rusiya və Türkiyəyə Suriya ərazisini tutmağa imkan verdi və qoşunları bu ölkədən çıxardı. ABŞ prezidenti nə Honkonq və Boliviyadakı iğtişaşlar, nə də Çində uyğurların kütləvi həbsi barəsində fikir söyləmədi.

Əlbəttə, Trampın idarəetmə metodu və bəlağəti birmənalı deyil. Amma əslində o hələ Barak Obama zamanı başladılmış strategiyanı davam etdirir.

Barak Obamanı, onun xələfləri tərəfindən Əfqanıstan, İraq və Somali kimi ölkələrə edilən hərbi müdaxilələrə son qoymaq ümidiylə seçmişdilər. Onun 2013-cü ildə Suriyadakı vətəndaş müharibəsində iştirakdan imtina etməsi ABŞ diplomatiyası üçün dönüş anı oldu.

Digər yandan isə elə məhz Obama 2012-ci ildə elan etdi ki, ABŞ-ın xarici siyasəti Asiya ətrafında dönəcək. Buradan belə anlaşılırdı ki, artıq Avropa dünya mərkəzi olmaqdan çıxıb, Rusiya təhlükəsi isə elə də əhəmiyyətli sayılmamalıdır. Həm Obama, həm də Tramp üçün dünya oxu Pekindən Dehliyə kimi keçir, onların fikrinə görə, Amerikanın gələcəyini məhz bu region müəyyən edir. Avropa və Yaxın Şərqdə baş verənlərə bu cür etinasızlıq göstərilməsi ABŞ-ın NATO-da faktiki fəaliyyətsizliyinə gətirib çıxarıb.

Britaniyanın “The Economist” jurnalına verdiyi müsahibədə Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, NATO “beyin ölümü” mərhələsindədir. Onun ünvanına xeyli tənqid yağdırıldı, amma narazılıq təkcə deyilənlərin mahiyyəti ilə deyil, hamıya məlum problemin dilə gətirilməsiylə bağlıydı.

Birləşmiş Ştatlar iki dünya müharibəsində iştirak edib. Düzdür, onlar bu hərbi fəaliyyətlərə dərhal qoşulmayıblar və həm də onların döyüşlərə girməsinin səbəbi öz maraqlarının təhlükə altına düşməsiylə əlaqədar olub.

1945-ci ildən sonra amerikalılar Avropada qaldılar, NATO hərbi blokunu qurdular və Koreyaya qoşun yeritdilər - bütün bunların hamısı təkcə dünyada nizam qaydaları yaratmaq üçün yox, dünyanı kommunizm təhlükəsindən qorumaq üçün edilirdi. Sovet imperializmi nəinki dəyərləri, eləcədə ABŞ maraqlarını məhv edə bilərdi.

SSRİ dağılanda və onun yerində Rusiya peyda olanda, Avropa potensial düşməndən qorunmağa ehtiyac duymadı. Onun həyatını yalnız islamçı cihadçılar zəhərləyirdi. Lakin onlar əsl təhlükə deyildilər. Belə bir vəziyyətdə ABŞ-ın yeganə rəqibi Çin oldu. İş ondadır ki, hələlik Çin ABŞ-la müqayisədə hərbi cırtdan olaraq qalır və onun SSRİ kimi imperializmə can atmaq xüsusiyyəti yoxdur. Düzdür, Çin ABŞ-ın iş yerini və patentini zəbt edir, ancaq onlar Amerikaya təhlükə törətmirlər.

Trampdan sonra Amerika dünya arenasına qayıdacaqmı? Demək çətindir: Demokratlar Partiyasından olan rəqiblərdən heç biri xarici siyasət barəsində bir kəlmə kəsmir. Suriya kürdlərinə Ağ Evin hərbi yardımı dayandırmasıyla bağlı ABŞ-da keçirilən azsaylı mitinqlər artıq səngiyib. 1918-ci ildə gələcək dünya xəritəsinin yaradılmasında iştirak edən ABŞ prezidenti Vudro Vilson kimi, indiki müasir amerikalılar da qlobusda Kürdüstanı tapa bilmirlər. Bütün bunların hamısı bizi geriyə - köhnə və xeyirxah Avropaya qaytarır.

Əgər Amerika jandarm olmasa, bəs, onda görəsən onun təhlükəsizliyinə kim təminat verər? Ümumiyyətə, ABŞ-ı təhlükə gözləyirmi?

Polyaklar, pribaltlar, rumınlar... Krımın və Donbasın işğalından sonra onların həyəcanlanmısının əsası var.

Burkina-Faso və Nigeriya arasında yeni islam xilafətinin formalaşması Avropa və onun Mərakeş kimi yaxın qonşularına təhlükə törədəcək terror bazasının peyda olmasına gətirib çıxara bilər. Elə ona görə də, NATO-nu yaddan çıxarıb, onu Avropa müdafiə strukturuyla əvəzləmək lazımdır.

Əslində bunu heç seçim də saymaq olmaz. Çünki bu, anlaşılmaz Amerikan missiyasını oturub gözləməmək üçün atılacaq məcburi addımdır. İndi avropalılar onlar üçün canlarını qurban verən amerikalı döyüşçülərə yalnız bunu deyə bilər: sağ olun və əlvida! (“ABC”-İspaniya)

“AzPolitika”nın əlavəsi: İyirminci əsrdə baş verən iki ümumdünya müharibəsinin episentri Avropa qitəsi olub. Bu müharibələrdə mərkəzi rolu Almaniya oynayıb. Əslində Avropanın min illik tarixinə diqqət etsək, onda alman irsinin əksər hallarda necə dominantlıq etdiyini görərik.

Amma buna baxmayaraq, almanlar vahid dövlət kimi yalnız 1870-ci ildə təşəkkül tapdılar. Tarix ərzində Avropanın ən böyük problemi vahid bir siyasi sistem altında birləşmək olub, lakin heç zaman alınmayıb. Son beş yüz ildə tarix səhnəsinə yeni güc kimi gələn İngiltərə Alman dövlətləriylə Fransa və Rusiya arasındakı ziddiyyətlərdən məharətlə istifadə etməklə, onların yaxınlaşmaması üçün mümkün hər şeyi edib və buna da nail olub.

Birinci Dünya Müharibəsindən sonra isə İngiltərənin yerini ABŞ tutur. İndi həmin siyasətin davam etdirilməsinə çalışılır.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar