Ann Brasör məhkumlarla görüşüb
Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasör Şəki həbsxanasında olub.ANS PRESS-in Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Şəki Penitensiar müəssisəsinə başçəkmə Ann Brasörün başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində dünən - 24.09.2014-cü il tarixdə baş tutub.
Avropa Parlamentinin nümayəndələri yeni istifadəyə verilmiş müasir tipli cəzaçəkmə müəssisəsinin fəaliyyəti ilə hərtərəfli tanış olub, bir sıra məhkumları qəbul edib.






Şərhlər