Ötən gün mətbuatda Azərbaycanın sabiq Xarici İşlər naziri, hazırda isə Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas Vilayət Quliyevin sabiq rabitə naziri Nadir Əhmədovu ittiham edən fikirləri yer almışdı.
Vilayət Quliyev sabiq rabitə nazirini onun araşdırmalarını öz adına çıxmaqda günahlandıraraq, sərt dillə qınamışdı: “Deyəsən son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, sabiq rabitə naziri Nadir Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə "525-ci qəzetdə" çap olunmuş "Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə "Elm və Təhsil" nəşriyyatında çıxan "İblis xislətli erməni" kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib”.
Nadir Əhmədov isə sabiq həmkarının bu ittihamları ilə bağlı mətbuata açıqlamasında Vilayət Quliyevə böyük hörmətinin olduğunu demişdi: “O, yaradıcı insandır. Xətrini çox istəyirəm. Niyə bu fikrə gəldiyini deyə bilmərəm. Yazdıqları ilə tanış olandan sonra fikrimi deyəcəm”.
Bu gün “AzPolitika.info” ilə əlaqə saxlayan Nadir Əhmədovun qardaşı oğlu Süleyman Əhmədov Vilayət Quliyevin belə ittihamlar irəli sürməklə, haqsızlığa yol verdiyini bildirdi. S.Əhmədov qeyd etdi ki, doğrudan da Nadir Əhmədov öz kitabında Vilayət Quliyevin məqaləsindən istifadə edib. Lakin bu zaman müəllifə, yəni V.Quliyevə istinad olunub.
S.Əhmədov bildirdi ki, kitabın həmin faktların əks olunan səhifəsinin sonunda burada yazılanların V.Quliyevin müsahibəsindən götürüldüyü aydın şəkildə əks olunub. V.Quliyevin sabiq naziri belə sərt dillə ittiham etməsi isə etik normalara uyğun deyil: “Səfir Vilayət Quliyevin istinad elədiyi "İblis xislətli erməni" kitabının 87-ci səhifəsini sizə təqdim edirəm. Bunu bir cavab kimi Vilayət müəllimə göndərə bilərsiniz. Bəlkə ermənilər haqqında yazılan fikirlər Vilayət müəllimin xətrinə dəyib, açıqlama gətirsə yaxşı olardı. Səfirin işlətdiyi “çapovulçuluq”, “çax-çux” sözləri isə bir diplomatın, ziyalının işlədəcəyi ifadə deyil və ona şərəf gətirmir”.
“AzPolitika.info”


Şərhlər
Vilayət Quliyevin üslubu səfir
Bu iqtidarda Şərəf başa,vəzifə başqadır.
Vilayət Quliyev yaxşı alimdir. Amma yaxşı məmur deyil. Onun dövründə Xarici İşlər Nazirliyinə ancaq biznesmen və nazir uşaqları götürülüb.
Sabiq Rabitə naziri cənab Nadir Əhmədov dövlətçiliyimizi, xalqımızı və öz xidmətləri ilə cənab Prezidentimizi qəlbən sevən dəyərli ziyalılarımızdan biridir. V.Quliyev tutduğu vəzifənin öhdəsindən layiqincə yerinə yetirmiş olseydi, Azərbaycanımızın inkişafını görmək istəməyən nankorların cavablarını çoxdan vermiş olardı. Nadir Əhmədov kimi dövlətinə və xalqına sədaqətlə xidmət etmiş olseydi, heç vaxt sosial narazılıqlar yaranmazdı. N.Əhmədovu xalqımızın gözündən salmaq qeyri mümükündür,çünki o öz xidmətləri ilə xalqımızın sevimlisinə çevrilmişdir. V.Quliyev xaricdə oturub mənasız bir işlə məşğul olmaqdansa, xaricdə cənab Prezidentimizə ləkə yaxan nankor qüvələrə qarşı vaxtını ayırsa daha yaxşı olardı. Xaricdə oturub səmərəli fəaliyyətlə məşğul olmayan məmurlar haqqında cənab Prezidentimiz son sözünü deyəcəkdir.
Azpolitika saytına həqiqətti və ədaləti üzə cixartdığına görə minnətdarlığımı bildirirəm.Səfir V.Quliyev azərbaycanın 20 faiz torpağını işğal edən ermənilərlə mübarizə aparmaqdansa öz vətındaşlarımıza qarşı cihada qalxıb.O öz yazısında Azərbaycanımızın bölgələrini qarşı qarşıya qoyur onun fikirlıri azırbaycana azərbaycan dövllətciliyinə xidmət etmir.Ümid edirəm ki möhtərəm prezidentimiz digər strukturlarda olduğu kimi XİN də azərbaycana xidmət etməyən məmurlar haqqında lazımi tədbirlər görəcək.
Dağıl ey dünya...