ERMƏNİLƏRƏ LAYİQLİ CAVAB VƏ İRƏVAN SƏRGİSİ... - Etibar Əliyevin yazısı

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı ilə bağlı əsas sazişin imzalanmasının 20-ci ildönümü ilə bağlı Bakıda keçirilən beynəlxalq konfransda erməni nazirə verdiyi cavab göstərdi ki, Ermənistan təmsilçiləri ilə nəinki görüşmək, hətta bundan faydalanmaq da olar. Ermənilərlə hərb meydanında görüşmədən öncə onları ağılla, əsasla söz meydanında üstələməkdə heç bir ziyan yoxdur.

Mikayıl Cabbarovun cavabı uzun müddət yaddaşlarda qalacaq. Mikayıl müəllim erməni nazirə əvvəlcə onları ən çox ağrıdacaq gerçəyi çatdırıb: “Qonşularımızın reaksiyası başa düşüləndir. Yerevandan gəlib Bakını əyani şəkildə görürlər və bunları qavramağın asan olmadığını dərk edirlər... Destruktiv yanaşma daha asan və dağıdıcıdır ki, bunun fəsadlarını ilk növbədə qonşu ölkənin timsalında görürük. Onlar bir çox layihələrdən kənarda qalıb, özlərini iqtisadi və nəqliyyat baxımdan dalana salıblar və görünür, bu vəziyyətdən çıxmaq da istəmirlər”.

Rusiya kimi hərbi nəhəngə arxalanıb Qarabağı nəzarətdə saxlayan Ermənistana əsl cavab onların problemlər içində çabalamasını önə çəkməkdir. Qarabağda nisbi qələbə onlara bütün Ermənistanın müstəqilliyini Kremlə qurban verməyə və miskin duruma düşməyə səbəb olub. Bunu ermənilər bilməlidir və öz nazirlərinə verilən cavabdan eşitmələri top zərbəsindən daha ağırdır. Və çox acıdır, çünki reallıqdır, yaşadıqlarıdır.

Heç kim deməsin ki, söz sadəcə sözdür. Söz cəmiyyəti ruhlandırır, toparlayır, aydınladır, düşməni isə sarsıdır.

Bizi vəhşi kimi qələmə verməyə çalışan ermənilərə belə bir tədbirdə Yerevan şəhərinin mərkəzində nasistlərlə yaxından əməkdaşlıq etmiş erməni millətçi lideri Qaregin Njdehin heykəli qoyulmasını xatırlatmaq dünyaya izahdır: görün ermənilər kimdir?

Tədbirdə iqtisadiyyat naziri erməni naziri Heydər Əliyev Mərkəzinə dəvət edib: “Orada sizin doğma şəhəriniz (Yerevan – red.) haqqında sərgi nümayiş olunur. Gürcü həmkarlarımızın bizə nəzakətlə təqdim etdiyi bu sərgi vasitəsilə sizi inandırıram ki, şəhəriniz haqqında, onun yaranma tarixi haqqında çox şey öyrənə bilərsiniz. Əlbəttə ki, buna marağınız varsa...”

Nazirin çıxışının bu hissəsini oxuduqdan sonra Heydər Əliyev Mərkəzinə yollandım. Həmin sərgini görmək istəyirdim. İrəvan uşaqlığımın və gəncliyimin bir hissəsidir. Mərkəzin 4-cü və 5-ci mərtəbələrində düsənlənən sərgidə olduqca maraqlı arxiv sənədləri və fotolarla tanış olmaq mümkündür. 

Professor İrina Koşoridzenin təqdim etdiyi “Sərdar sarayının Dmitri Yermakov xronikası”, Gürcüstan Milli Muzeyi Etnologiya İnstitutunun rəhbəri professor Eldar Nadiradzenin “Mirzə Qədim İrəvaninin portretləri” haqqında qeydləri, “İrəvan xanlığının mədəni irsi: Sərdar sarayı” haqqında tarixi bilgilər “Xan sarayı 1913- cü il. Şimal şərqdən fəsadı”, Milli geyimlər, İrəvanın sərdar və xanlarının Əmirgünə xandan (1604-1628) başlamış, Hüseynqulu xana (1750-1780) qədər xronologiyası ilə tanış olmaq mümkündür.

Bəli, çox zəngin sərgidir və heç bir təbliğat yoxdur, gürcü alimlərin verdiyi sənədlərlə tarixi gerçəyi görmək olur. Bu sənədlərlə sübutdur: İrəvan qədim Azərbaycan şəhəridir. Bunu kimsə inkar edə bilməz. Ermənilər də. Amma onlar bu cür tarixi həqiqətləri seyr etməkdən həmişə boyun qaçırıblar.

Sərgiyə mənimlə yanaşı bir neçə turist gəlmişdi. Buna da çox sevindim. Əslində tariximizin bu kövrək məqamı ilə şagirdləri və tələbələri də tanış etmək vacibdir.

Təhsil şöbələri, rektorlar Mikayıl Cabbarovun ermənilərə layiqli cavabını oxumamış olmazlar, sərgi ilə bağlı məqamı diqqətə alsalar, çox faydalı olar.

Etibar Əliyev

Təhsil eksperti


635x100

Şərhlər

Ziyalı 2019-12-09 19:15:57

Etibar müəllimə böyük hörmətim var. Amma Bu tayfanı nəsə çox sevir. Mikayıl müəllimin qaynatasına da bəy tərifi yazmışdı.

TURGUT 2019-12-07 00:45:12

HALAL OLSUN MİKAYİL CABBAROVA

Son yazılar