Bu il 13 min etnik qazax Qazaxıstana köçüb – Bir neçə ölkədən

Cari ilin əvvəlindən Qazaxıstana Özbəkistandan, Çindən, Monqolustandan və Türkmənistandan 13 min etnik qazax köçüb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Bircan Nurımbetov xəbər verib.

«Bu il artıq 13 min soydaşımız ölkəyə qaıdıb» - deyə, nazir «Qazaxıstanda miqrasiya: çağırışlar, tendensiyalar, perspektivlər» mövzusunda keçirilən dəyirmi masa zamanı bildirib.

Nazirliyin məlumatına görə, müstəqillik illərində ümumilikdə, 1 milyonan artıq qazax vətənə qayıdıb.

Hər il Qazaxıstanı təxminən, 20 min insan tərk edir, onların 80 faizi Rusiyaya emiqrasiya edir.

«Getməklərin əsas səbəbi – əsasən, tarixi vətənə dönmək, təhsil almaq və gələcəkdə işə düzəlmək və daha yaxşı həyat axtarışıdır» - deyə, nazir şərh edib.

Nurımbetovun sözlərinə görə, beyin axınının miqyasını azaltmaq üçün «təhsil sisteminə kardinal olaraq, yenidən baxılır ki, əldə olunan biliklərin keyfiyyəti yüksək, təhsilin qiyməti isə digər ölkələrdən aşağı olsun».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar