Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Ermənistan prezidenti Serj Sərkisyanın BMT Baş Məclisinin 69-cu sessiyasında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş yalan dolu çıxışına cavab verəcək, Sərkisyanın yalanlarını ifşa edəcək.
Bunu “Trend”ə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
O bildirib ki, daimi nümayəndəlik BMT Baş Məclisinin prosedur qaydalarına uyğun olaraq Sərkisyanın yalanları ilə bağlı Azərbaycan Respublikasının şərhlərini yazılı şəkildə təqdim edəcək və bu sənəd Baş Məclisin 69-cu sessiyasının rəsmi sənədi kimi yayılacaq.
Hikmət Hacıyevin sözlərinə görə, BMT Baş Məclisinin 69-cu sessiyasında Azərbaycan Respublikasını təmsil edən xarici işlər naziri Elmar Məmmədyarov sessiyanın ümumi müzakirələr hissəsində çıxış edib Azərbaycanın mövqeyini BMT tribunasından dünya ictimaiyyətinin nəzərinə çatdıracaq.

Şərhlər