Lider səfərdə, “Qalatasaray” evdə qələbə qazanıb

Türkiyə Super Liqasında XIV tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün turun 3 oyunu keçirilib.

“Qalatasaray” öz meydanında “Alanyaspor”u qəbul edib. İstanbul təmsilçisi ilk yarıdakı penalti ilə qələbə qazanıb.

Çempionatın lideri “Sivasspor” səfərdə “Yeni Malatyaspor”u məğlub edib. “Göztəpə” isə “Ankaragücü”nü rəqib meydanında üstələyib.

Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.

Türkiyə Super Liqası XIV tur 

7 dekabr 

“Yeni Malatyaspor” – “Sivasspor” – 1:3 Gilyerme, 37 – Arslan, 26, Yandas, 30, Kılınc, 54 

“Ankaragücü” – “Göztəpə” – 1:3 Parlak, 31 – Akbunar, 1, Güner, 47, 58 

“Qalatasaray” – “Alanyaspor” – 1:0 Belhanda, 21 (pen.)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar