Menu

Kürd terrorçuları Cənubi Azərbaycanda qan tökdü

25.09.2014, 14:28
Kürd terrorçuları Cənubi Azərbaycanda qan tökdü

Ərdəbilli zabit və təbrizli əsgər həlak oldu

Güney Azərbaycanda kürd terrorçularının həyata keçirdiyi qanlı hadisələr ara vermir. Son məlumata görə, Urmiyənin sərhədyanı alayının ekipi ilə bir qrup silahlı terrorçu qarşı-qarşıya gəlib və terrorçular tərəfindən atılan atəş nəticəsində iki soydaşımız dünyasını dəyişib. Kütləvi informasiya saytlarında yayılan məlumata görə, həmin terrorçu qrup kürd terror qruplaşması “Pjak” üzvləri olub. Güney mənbələri xəbər verir ki, Marmişov məntəqəsində baş verən hadisədə Ərdəbildən olan zabit Səccad Təxti və Təbriz şəhərindən olan əsgər Əsğər Nicat Ağçə dünyasını dəyişib. Bəzi mənbələr isə Əsğər Nicat Ağçənin terroristlər tərəfindən başının kəsildiyini bildirir.

Diqqət çəkən məqam ondan ibarətdir ki, hər iki şəhidin cənazəsi hadisədən bir gün sonra ailələrinə təhvil verilib, lakin hadisə ilə bağlı mətbuatda heç bir məlumat getməyib. Sonradan xəbər tutan bəzi mətbu orqanları belə bir hadisənin gizlədilməsini tənqid ediblər.

Xatırladaq ki, Güney Azərbaycanın qərb bölgəsi zaman-zaman kürd terrorçularının hücumuna məruz qalır və bu bölgədə qanlı terror aktları törədilir. Buna səbəb radikal kürd terror qruplaşmalarının Azərbaycan ərazilərinə göz tikməsi və bu bölgəni kürdləşdirmək istəmələridir.

Bir neçə gün əvvəl Qərbi Azərbaycan Vilayətinin Sərdəşt (Sarı Daş) bölgəsində kürd terrorçuları ilə toqquşmada 3 nəfər həlak olmuş, 4-ü isə yaralanmışdı. Görünən budur ki, İŞİD-in İraqdakı qətliamlarından sui-istifadə edərək silahlanan İrandakı kürd terrorçuları da Azərbaycan bölgələrini ələ keçirtmək üçün hərəkətə keçiblər. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol