Menu

Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötüb

09.12.2019, 10:32
Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötüb

Çinin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 0,7% artaraq bu ilin dekabrın 1-nə 3,096 trilyon dollar olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Valyuta İdarəsi bildirib.

"Noyabr ayında Çinin valyuta bazarında tələb-təklif balanslaşdırılmış, bazar gözləntiləri isə sabit idi", - Çin dövlət valyuta idarəsi sözçüsü Vang Çunyingın açıqlamasında bildirib.

O qeyd edib ki, qlobal iqtisadi böyümənin yavaşladığı, çox sayda qeyri-sabit və qeyri-müəyyənliyin olduğu xarici mühitdə Çin iqtisadiyyatının inkişafı üçün böyük potensial olduğunu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol