Menu

Avro son 22 ayın ən aşağı səviyyəsində

25.09.2014, 14:38
Avro son 22 ayın ən aşağı səviyyəsində

Avro görülməmiş səviyyələrə geriləyə bilər

Dollar, digər pul vahidləri qarşısında bahalaşmaqda davam edir. Dünən 14 ayın ən aşağı səviyyəsinə geriləyən Avro/dollar cütlüyü bu günki əməliyyatlarda 1,2740-dan aşağı geriləyərək son 22 ayın ən aşağı səviyyəsini görüb.

Mütəxəssislərə görə, son dəfə 2013-cü ildə dollar qarşısında 1,2740 səviyyəsini görən Avro, bu səviyyənin də qırılması halında 2012-ci ilin son aylarından bu yana görülməmiş səviyyələrə geriləyə bilər. Avronun dollar qarşısındakı dünənki enişi, dollar indeksini də son dəfə 2010-cu ildə görülən 85 səviyyəsinin üzərinə daşıyıb.

Avropa Mərkəzi Bankının sədri Mario Draghinin dünən etdiyi açıqlamalar Avro üzərində təzyiq yaradıb. Draghi, 2%-ə yaxın inflyasiya hədəfinə çatılana qədər yumuşaq pul siyasətinin qalacağını söyləyib. Avropa Mərkəzi Bankının pul siyasətini yumuşaltmaq üçün atdığı son adım olan banklara ucuz maliyyə resurslarının verilməsinin işə yarayıb-yaramayacağına dair şübhələr var. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol