Fazil Mustafa namizədliyini irəli sürdü – BQP seçkidə iştirak qərarı verdi

Böyük Quruluş Partiyası (BQP) 9 fevral növbədənkənar parlament seçkilərində iştirak edəcək.

“AzPolitika.info” xəbər verir ki, BQP Ali Məclisinin bugünkü iclasında müvafiq qərar verilib. Ali Məclis üzvləri yekdilliklə partiyanın başqanı Fazil Qəzənfər oğlu Mustafanın 26 saylı Sabunçu Birinci Seçki Dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyini irəli sürüblər.

Məclisdə həmçinin ölkənin 65 seçki dairəsindən deputalığa namizədliklər müəyyən edilib. Bununla yanaşı partiyanın səlahiyyətli nümyəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də təyin edilib.

Bu gün Fazil Mustafanın seçki sənədləri 26 saylı Sabunçu Birinci Seçki Dairəsinə təqdim edilib.

Qeyd edək ki, F.Mustafa hazırda məhz bu dairədən deputatdır.

635x100

Şərhlər

t.ədalət 2019-12-10 23:14:34

F.Mustafanın deputatlığı millətə xeyirdir.

Son yazılar