İran İslam Respublikasının və Böyük Britaniyanın hökumət başçıları son 35 ildə ilk dəfə görüşüblər.
“Media forum” saytı xəbər verir ki, sentyabrın 25-i Nyu-Yorkda İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Böyük Britaniyanın baş naziri Devid Kemeron bir araya gəliblər. Bu, 1979-cu ildə İranda baş vermiş islam inqilabından sonra İran və Britaniya liderlərinin ilk görüşüdür.
35 ildən sonra keçirilən görüşdə İŞİD terror qrupunun dünyada sabitliyə yaratdığı təhlükə və ikitərəfli əlaqələrin bərpası məsələsi müzakirə olunub.


Şərhlər