Menu

Ordubadda icbari tibbi sığorta tətbiqi olunacaq - Vasif Talıbov sərəncam imzalayıb

10.12.2019, 17:58
Ordubadda icbari tibbi sığorta tətbiqi olunacaq - Vasif Talıbov sərəncam imzalayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Ordubad rayonunda icbari tibbi sığorta tətbiq ediləcək.

Sərəncamla Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq edərək 2019-cu il dekabrın 1-dən fəaliyyətini təmin etməlidir. Həmçinin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2019-cu il dekabrın 1-dən 50 faiz artırılacaq.

Şərhlər

Elmin.h 2019-12-16 22:12:02

Bu sigorta olunmadigda güne 20 manat cerime filan yazılacak deyirler bess

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol