Wall Street Journal yazır ki, Ukrayna ticarət imkanını buraxdı.
Avropa Birliyi bu ayın əvvəlində Ukrayna ilə assosiasiya sazişinin tətbiqini 2016-cı ilin əvvəlinə qədər təxirə salmağa razı oldu. Düzdür, bunu Avropa Birliyinin Rusiyaya güzəştə getməyi ilə izah edirlər, ancaq bu, həm də Kiyevin səhvidir. Kiyev sazişin dərhal yerinə yetirilməsinin üstündə durmalı idi.
Bunu yazan məqalə müəllifi - Varşavada Sosial və İqtisadi Araşdırma Mərkəzinin prezidenti Christofer Hartwell hesab edir ki, Ukrayna son 20 ildə iqtisadi uğursuzluqların yerini doldurmağa nadir imkanı buraxdı.
Ancaq müəllif düşünür ki, indi də gec deyil. Kiyev bu sazişin dərhal həyata keçirilməsi üzərində təkid etməlidir.
Əgər Avropa Birliyi bunu etməsə, onda Kiyev birtərəfli qaydada ticarəti liberallaşdırmalıdır, iqtisadiyyatı amirlik-nəzarət idarəçiliyindən azad etməlidir. /AzadlıqRadiosu


Şərhlər