Zelenski AŞ-nı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa çağırıb
Baxiş sayı:
Dərc olunub:
11/12/2019 - 22:54
Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa Şurasının (AŞ) prezidenti Şarl Mişel arasında telefon danışığı olub. “Report” dövlət başçısının saytına istinadən xəbər verir ki, söhbət əsnasında Ukrayna lideri Avropa Şurasının bundan sonra da Ukraynanın ərazi bütövlüyünün bərpasına dair Minsk razılaşmalarına əməl edənədək Rusiyaya sanksiya təzyiqlərini davam etdirəcəklərinə ümidvar olduqlarını ifadə edib. Həmçinin V.Zelenski Ş.Mişelə üçtərəfli təbii qazla bağlı danışıqlarda göstərdikləri dəstəyə görə təşəkkür edib və onu Ukraynaya səfərə dəvət edib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.