Menu

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yayıb

12.12.2019, 12:42
DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün metronun “Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxslə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol