Culian Assanj ABŞ-a ekstradisiya edilə bilər - Dinləmələr keçiriləcək

“WikiLeaks”in təsisçisi Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr gələn il fevralın 25-də keçiriləcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə C. Assanjın vəkili Aytor Martines bildirib. O, ABŞ-ın ekstradisiya tələbinin rədd ediləcəyinə ümid etdiyini deyib.

Vəkil həmçinin qeyd edib ki, dekabrın 19-da Böyük Britaniya Vestminster Məhkəməsində məhkəmə iclası keçiriləcək: “Burada məhkəməyə dəlilləri təqdim edəcəyik. C. Assanj bu dinləmələrdə iştirak etməyəcək. Lakin fevralın 25-də C. Assanjın ABŞ-a verilib- verilməməsi ilə bağlı məhkəmə iclası keçiriləcək”.

Bir müddət əvvəl C. Assanjın atası Con Şipton da oğlunun ABŞ-a ekstradisiyasından narahat olduğunu dilə gətirmişdi. O bildirmişdi ki, C.Assanj Amerikaya verilsə, orada uzunmüddətli həbs cəzası ala və həbsxanada ölə bilər.

Qeyd edək ki, bu ilin aprel ayında "WikiLeaks"in qurucusu C. Assanj 2012-ci ildən bəri sığındığı Ekvadorun Londondakı səfirliyindən çıxarılıb və dərhal həbs olunub. C. Assanj məxfi sənədləri yaymaqda ittiham edilir. O, hazırda Londonun Belmarş həbsxanasında saxlanılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar