Menu

"Çelsi" öz meydanında "Bornmut"a məğlub olub

14.12.2019, 23:06
"Çelsi" öz meydanında "Bornmut"a məğlub olub

Londonun "Çelsi" klubu İngiltərə Premyer Liqasının 17-ci turunun matçında "Bornmut"a məğlub olub. "Report" xəbər verir ki, qarşılaşma "Stemford Bric"də keçirilib və qonaqların qələbəsi ilə başa çatıb.

"Bornmut"a qələbəni Den Qoslinq bəxş edib. O, 84-cü dəqiqədə fərqlənib. Komanda beş məğlubiyyətdən sonra ilk qələbəsini qazanıb.

Bununla da "Çelsi" 29 xalla yarış cədvəlində 4-cü yerdə qərarlaşıb. "Bornmut" isə 19 xalla 14-cü yerə yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol