Belarus Rusiyanın təklifindən imtina edib Çindən kredit götürür – 500 milyon dollar

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) Belarusa təcili olaraq 3,5 milyard yuan (500 milyon dollara yaxın) kredit verəcək. Bu barədə uyğun sərəncamı prezident Aleksandr Lukaşenko imzalayıb.

Bu vəsaiti Minskə 5 il myddətinə ÇXR inkişaf Bankının Şanxay filialı ayıracaq. Belarus tərəf isə krediti özünün dövlət borcunu ödəməyə, borca xidmətə və Pekinlə ticarətin inkişaf etdirilməsinə yönəldəcək.

Aprel ayında Rusiyanın maliyyə naziri Anton Siluanov xəbər vermişdi ki, Moskva Minskə kredit ayırmağa hazırdır, amma oktyarda Belarus bu təklifdən imtina etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar