Kanadanın "49-dan 6" milli lotereyasında 9 milyon Kanada dolları (6,8 milyon ABŞ dolları) məbləğində jekpot oynanılıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə OLG şirkətinin nümayəndələri bildirib.
"Düşən nömrələr - 9, 12, 17, 23, 41 və 44, bonus sayı 3 olub", - deyə təşkilatçılar bildiriblər.
Qeyd edilir ki, qalib fransızdilli Kvebek əyalətinin sakini olub.


Şərhlər