Menu

Rusiyada ağır qəza - 25 nəfər xəsarət alıb

15.12.2019, 22:22
Rusiyada ağır qəza - 25 nəfər xəsarət alıb

Rusiyada ağır yol qəzası baş verib.Hadisə Nijeqorodsk vilayətində qeydə alınıb. Balaxninsk rayonunda sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər xəsarət alıb. Yaralılardan bəzilərinə tibbi yardım göstərilib.

Bildirilir ki, hadisəyə sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus küvetə (şose kənarındakı xəndək) aşıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı avtobusda 40-a yaxın sərnişin olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol