Menu

Azərbaycanın bütün işğal olunmuş rayonlarının adlarının tankerlərə verilməsi başa çatır

16.12.2019, 11:18
Azərbaycanın bütün işğal olunmuş rayonlarının adlarının tankerlərə verilməsi başa çatır

“Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan “Kəlbəcər” adlı növbəti tankerin gələn il istifadəyə verilməsi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə tankerin sifarişçisi olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib.

“Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarınun adlarının tankerlərə verilməsi başa çatacaq”, - deyə o, qeyd edib.

“Bu tanker də maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət eə biləcək. Hazırda dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmimiz var. Onlardan 12-si quru yük gəmisi, 2-si isə tankerdir”, - deyə ASCO rəsmisi əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol