“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolu xətlərinin yaxınlığında fərdi ev tikmiş və yaxud tikmək istəyən vətəndaşlara müraciət edib. O, YAP qərargahında jurnalistlərlə söhbətində belə deyib:
“Ev tikəndə elə yerdə tikin ki, həm təhlükəli olmasın, həm də sökülməli olmasın. Bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan ərazilər seçir. Məsələn elektrik xətlərinin altında, dəmir yollarının yaxınlığında ev tikmək lazım deyil. Bu ilk növbədə həmin ailələrin öz təhlükəsizliyi baxımından doğru deyil. Elə Bakının “Şanxay” adlandırılan ərazisoni götütək. Həmin ərazi təəssüf ki, ev tikilməsi üçün münasib deyil. Biz dəmir yollarının yaxınlığında olan evləri sökmək məcburiyyətində qaldıq. Bu addım insanların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar.
Sadəcə bizim insanlarda qəribə xasiyyət var. Əvvəlcə şirkətlər onlarla danışır, razılaşırlar, amma bir misal var, “iştah diş altındadır” fikirləri dəyişir. Gəlib deyirlər ki, məsələn 10 kvadratmetrlik ərazi üçün mənə 10 min manat yox, 20 min manat ver və yaxud 20 min manat yox, 50 min manat ver. Oralarda qeyri-qanuni olaraq yerləşmiş əhali var. Amma biz onları əvvəlcə sənədləşdiririk, sonra çalışırıq ki, problemi həll edək. Bu məsələlərdən xəbərimiz var, çalışırıq, həll olunması istiqamətində layihələr hazırlanmalırı, gözlənilir”.

Şərhlər
Cavid bəy "bizim insanlar" dedikdə azəri-türklərini nəzərdə tutur, yoxsa...?
Ey cənab sədr!! O "Şanxay" dediyiniz yerdə evlər tikiləndə bu sözləri heç kim (yəni İcra strukturları) bir söz demirdi. Çünkü hamısı haqqını alıb çəkilmişdi öz yuvasına. İndi də çıxıb millətə nağıl danışırsız!! Sizlər sökün dağıdın, millətə çatanda da deyin ki, iştah diş altındadır. Əcəba bəs sizlərin iştahası nə vaxt sönəcək ???????????
TOXUN ACDAN NE XEBERI-- AY CAVID QURBANOV! GUYA BILMIRSIZKI INSANLAR ..GECEQONDULARI.. NIYE TIKIRLER?