Menu

Ərdoğan Baş Qərargaha tapşırıq verdi

25.09.2014, 17:17
Ərdoğan Baş Qərargaha tapşırıq verdi

Türkiyə BMT-nin nəzarətində yaradılacaq etibarlı bölgəni qorumaq istəyir

Suriyada Bəşər Əsəd rejiminin davam etdirdiyi qırğınlara qarşı Türkiyənin dilə gətirdiyi “etibarlı və uçuşa qadağan bölgənin yaradılması” tezisi ABŞ və müttəfiq koalisiya qüvvələri tərəfindən müzakirə edilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında “Əməliyyata lazım olan dəstəyi verəcəyik. Dəstək hərbi və ya məntiqi ola bilər”,- deməsi təklifin ciddiliyindən xəbər verir.

Təhlükəsiz və uçuşa qadağan bölgə tezisinin BMT-nin nəzarətində olması da vacib şərtdir. Belə ki, bu halda Suriya və İraq torpaqlarında İŞİD-ə qarşı aparılacaq əməliyyatlarda Türkiyə etibarlı bölgələrin qorunması üçün hərbi qüvvəsi ilə iştirak edəcək.

Bildirilir ki, Ərdoğan BMT-nin yığıncağına qatılmazdan əvvəl Baş Qərargah rəhbərliyinə ciddi tapşırıqlar verib. O, təlimat verərək başlanacaq əməliyyatlar nəticəsində ortaya çıxa biləcək köç dalğasının idarə olunmasını və qorunmasını istəyib. Bundan sonra da Baş Qərargah rəhbərliyi ABŞ Müdafiə Nazirliyinin səlahiyyətliləri ilə birlikdə “etibarlı bölgəni” və “uçuşa qadağan sahələri" müzakirə edib. Nəticədə BMT-nin nəzarətində yaradılacaq etibarlı bölgələrin sərhədləri, oraya göndəriləcək yardımların marşrutları bir-bir təyin olunub. Bildirilir ki, Ərdoğan sərhəddə etibarlı bölgə yaradılması nəticəsində vətəndaş qırğınlarının qarşısını almaq çağırışı edir.

Suriyadan son bir neçə gündə Türkiyəyə yüz mindən çox insanın gəldiyini xatırladan Ərdoğan, bu köçün nəzarətə alınmasının və həyatlarının qorunmasının vacibliyini vurğulayıb. O, region xalqlarının daxili qarışıqlıq bitənə qədər həyatlarını davam etdirə biləcək etibarlı yerlərin yaradılması üçün Baş Qərargahın plan hazırladığını da bildirib. Həmçinin BMT-nin də təcili olaraq bu vəziyyətə müdaxilə etməsinin lazım olduğunu deyib.

Bildirilir ki, B.Əsədin qırğınları və İŞİD təşkilatına qarşı Türkiyənin “uçuşa qadağan bölgə elan edilsin” təklifi BMT Baş Kabinetində müzakirədədir. Əgər Türkiyənin tezisi qəbul edilsə, “qadağan olunan bölgə” təklifi həyata keçsə, Ərdoğanın bəhs etdiyi “hərbi dəstək” daxilində türk əsgəri vətəndaşlar üçün təhlükəsiz bölgəni qoruyacaq. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol