Xəbər verildiyi kimi, Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu həbs olunub.
Yada salaq ki, Nizaməddin Quliyev Ağstafadan əvvəl Goranboyun icra başçısı təyin edilib (2009-2019). O, bu ilin noyabrında Ağstafaya icra başçısı təyin edilib. Məlumatlara görə o keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun çevirəsindəki şəxslərdən olub.
Nizaməddin Quliyev ölkənin qalmaqallı icra başçılarından biri hesab edilir. O, əvvəlcə Goranboy Mərkəzi Xəstəxanasının baş həkimi Faiq Abdullayevin intiharı ilə gündəmə gəlib. Bu hadisə 2011-ci ildə baş verib. Faiq Abdullayev həmin ilin mart ayında intihar edib.
Baş həkimin xanımı Gülnarə Aslanova bu hadisədə Nizaməddin Quliyevi ittiham edib.
“Onu sən öldürdün. O qədər pul onda haradan ola bilərdi? Niyə ondan bu qədər pul istədin? Mən bu işi belə qoymayacam. Prezidentə yazacam...",- deyə Gülnarə Aslanova Nizaməddin Quliyevə xitabən bildirib. Hadisədə icra başçısının adı hallandırılıdığına görə məsələyə böyük ictimai diqqət olub. Lakin Nizaməddin Quliyev məsuliyyətdən yaxa qurtara bilib.
Daha sonra icra başçısının adı iş adamı Müqayis Verdiyevi həbsində hallandırılıb. Daha doğrusu, Müqayis Verdiyev ölkə rəhbərliyinə və KİV-lərə etdiyi müraciətdə onu Nizaməddin Quliyevin həbs etdirdiyini bildirib. İş icra başçısının iş adamını həbs etdirməsinin kökündə ona borclu olması dayanıb. Müqayis Verdiyevin sözlərinə görə, Goranboy Rayon İcra Hakimiyyətinin sifarişi ilə rayonda abadlıq-quruculuq işləri aparıb. Nizaməddin Quliyev görülən işlərin pulunu verməkdən boyun qaçırıb. Müqayis Verdiyevin sözlərinə görə, borc 256 min manat olub. İş adamı həmçinin bildirib ki, Nizaməddin Quliyev onu həbs etdirməklə həm borcu verməkdən yaxa qurtarmağa, həm də büdcədən abadlıq işləri adı altında pul silməyə çalışır.
Nizaməddin Quliyevin övladlarında biri –Ramin Quliyev Nərimanov Rayon Məhkəməsində hakim işləyir. Digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.
Nizaməddin Quliyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. O, 2 sentyabr 2014-cü il tarixdə Azərbaycanın ictimai-siyasi həyatındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Şərhlər
İcra Başçılarının özbaşnalıqlarına son qoyulmalıdır, rayonların hamısı eyni vəziyyətdədir...Kiçi padşahlar özlərini şah hesab edirlər, dövlətimizə bağlı olan kadrları ləkələməklə məşğuldurlar...Cənab Prezidentimizin işgüzar nüfuzuna xələl gətirən məmurların hamısı həbs olunmalıdır....
Bunnarin hamsin titub basmaq lazimdi ) ellerindekin de alib bûdceye vermek
Cənab prezidentin bu addımı çox təqdirə layiqdir.Ancaq,təıəssüf ki yeni irəli çəkilən qoca kadrlardan biri də vaxtı ilə şərrləmə üsulu ilə çox adamı ləkələyib.Əlbəttə,həmin adam böyük pullarının müqabilində böyük vəzifələr alsa da sonda Allahın cəzasından qaça bilməyəcəklər!Bütün cinayətlərə görə bir gün cəza almaq qaçılmazdır.
malades
Butun icra bascilari bele isleyir
Bütün darğalar namuslu kadrlarla evez olunmalidir. 10 ilden coxdur ki icra bascilarinin oznasinaligi davam edir. her biri teyin olundugu rayonu dedesinin mali