Menu

PREZİDENT İKİ GENERALA YENİ VƏZİFƏ VERDİ - Sərəncam (Fotolar)

19.12.2019, 15:42
PREZİDENT İKİ GENERALA YENİ VƏZİFƏ VERDİ - Sərəncam (Fotolar)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə general-mayor Namiq Poladov və general-mayor Mübariz Rzayev müvafiq olaraq Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisləri vəzifələrinə təyin olunublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Dekabrın 19-da Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov vəzifələrə təyin olunan hərbi qulluqçuları şəxsi heyətə təqdim edib. Ali Baş Komandanın Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətə çatdıran Silahlı Qüvvələri Baş Qərargah rəisi xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verib

.

Şərhlər

Rəsad məmmədağayev 2020-11-15 00:53:15

Mübariz rzayev mənim kambiriqim olub 2002 ci ildə ...kişi oğlu kişi idi Allah onun kimi oğulları qorusun..mən əsgəri olmuşam...özüdə ki biz onunla birlikdə süst posdu əməliyatında olmuşuq ..məni özü secib o emeliyatda ermeniden post almışıq...biz..var olsun Azərbaycan və xalqı., Alı Baş kamandanda xalqın yanında olmaqla...İlhamla irəli...

Azer 2019-12-24 09:28:13

Mubariz Rzayev esl Azerbaycanlidir!!!98-ci ilde bu adam hele briqada komandiriydi bele zabutlere hemise ehtiyyac var

Cavad 2019-12-19 17:39:23

Bunlar əslən haralıdırlar? Erməni-kürd qarışığı deyillər?

mehman qambayev 2019-12-19 16:48:01

bəs ttm rəisi hara təyin etdilər general mayor bağırovu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol