Rusiya səfirliyinin işçisi balkondan yıxılıb
Bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonunda kriminal məlumatlarda əksini tapmayan bədbəxt hadisə baş verib.
Məlumatlı mənbədən Turan-a daxil olan məlumata görə, bir gənc sərxoş vəziyyətdə kirayə qaldığı yaşayış binasının üst mərtəbəsindən yıxılıb. Buna onun səfirlikdən iş yoldaşı ilə davası səbəb olub. İlkin versiyaya görə, gənclər içki içiblər, daha sonra dalaşıblar. Onların adları açıqlanmır.
Məlumatı RF səfirliyində yoxlamaq mümkün olmayıb. Mətbuat xidmətinə zəng etmək cəhdləri nəticəsiz qalıb. Azərbaycan XİN də bu məlumatla bağlı şərh vermir.


Şərhlər