Menu

105 milyon manatlıq dövriyyəsi olan şirkət cəmi 0,5 milyon vergi ödəyib

20.12.2019, 08:56
105 milyon manatlıq dövriyyəsi olan şirkət cəmi 0,5 milyon vergi ödəyib

Azərğaycanın ən byöük tikinti şirkətlərindən sayılan və iti tikinti layihələrini reallaşdırana «Azəraqrar tikinti» ASC 2018-ci il üzrə hesabatını açıqlayıb.

Hesabata əsasən, 2018-ci ildə şirkətin əməliyyat gəlirləri (dövriyyəsi) əvvəlki illə müqayisədə 30 milyon manat artaraq 105,8 milyon manata çatıb. Eyni zamanda xərclər də təqribən o qədər artaraq 73,2 milyondan 102 milyona yüksəlib. Nəticədə şirkətin 3,7 milyon manat əməliyyat mənfəəti yaranıb ki, «Azəraqrartikinti» bunun 1,2 milyon manatını inzibati xərclərə xərcləyib.

Şirkət 490 min manatlıq vergi ödəyəndən sonra xalis mənfəəti 1 milyon 955,5 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 650 min manat və ya 50% artıqdır. 2018-ci ildə «Azəraqrar tikinti»nin aktivləri təqribən 5,6 milyon manat artaraq 28,4 milyon manata yüksəlib. /fed.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol