Menu

Suriyada döyüşən azərbaycanlının istintaqı başa çatıb

20.12.2019, 09:54
Suriyada döyüşən azərbaycanlının istintaqı başa çatıb

Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən İbadov Samir Telman oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, S. İbadov Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə günahlandırılır. Ona Cinayət Məcəlləsinin 218.2-ci ( Cinayətkar birlikdə iştirak etmə) maddəsi ilə ittiham verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol