Sabah dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması dayandırılacaq.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 72.3, 74.1.5, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət noyabrın 30-dan başlanıb, dekabrın 22-i saat 08:00-da başa çatır.


Şərhlər
Təşviqat vardı ki,hələ dayandırıla! Əhali heç tanıyırmı ki, onun bələdiyyəsi var.yox,namizədlər kimdir,haradandır,necədirlər? Belə formalizm kimə gərəkdir ki, hələ bu qədər məsrəf edilir? Tanınmayan siyhiyə səs vermək özü elə saxtakarlıqdır!
Bələdiyyələr "jek" işçiləri səviyyəsindən yuxareı qalxa bilmədilər.Onlar "jek" işçilərindən,ancaq qəbristanlıqda ölülərə yer satmaqla fərqlənirlər.Böyük cinayət törədənədək,"jek" müdirləri kimi yerlərində möhkəm otururlar.Seçkilər isə,sadəcə olaraq,"bizim də bələdiyyəmiz var"--deyə,dünyaya göstərmək üçün keçirilir.