Menu

AYİB Azərbaycanın aparıcı mebel istehsalçısına kredit ayırıb

22.12.2019, 21:10
AYİB Azərbaycanın aparıcı mebel istehsalçısına kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bank (AYİB) Azərbaycanın aparıcı mebel istehsalçılarından biri olan "Saloglu" şirkətinə 7,6 milyon manat(4 milyon avro) kredit ayırıb.

"Report" AYİB-ə istinadən xəbər verir ki, şirkət kredit vəsaitləri ilə Bakıda istehsal zavodunu, anbarı və flaqman mağazasını tikəcək.

"Saloğlu" həmçinin AYİB-in Kiçik Sahibkarlığa Kömək Fondu vasitəsilə Cənubi Koreyanın maliyyələşdirdiyi beynəlxalq layihədən faydalanacaq.

"Layihə təchizat zəncirini və inventar idarəetmə təcrübəsini inkişaf etdirəcək", - deyə xəbərdə bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol