Menu

"Gəncə məhbusları aclıq aksiyası keçirmir" - Penitensiar Xidmət

23.12.2019, 09:22
"Gəncə məhbusları aclıq aksiyası keçirmir" - Penitensiar Xidmət

Penitensiar Xidmət Gəncə hadisələrinə görə, həbs edilən bir qrup şəxsin aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında qeyd edib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Yazıblar ki, guya 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan 7 məhkum aclıq aksiyası keçirir. Bu məlumatlar yalandır və tərəfimizdən təkzib olunur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol