Menu

Bakıda silahlı insident - İki nəfər güllələnib (FOTO)

23.12.2019, 09:26
Bakıda silahlı insident - İki nəfər güllələnib (FOTO)

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Niva" markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol