Menu

Bələdiyyə seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb

23.12.2019, 15:24
Bələdiyyə seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb.

“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı bu saatadək 26,88 faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1 336 733 nəfərinin səs verdiyini diqqətə çatdırıb.

Şərhlər

Vətəndaş 2019-12-23 17:23:39

İnanan daşa dönsün.Bu qədər yalan yox da! Seçki məntəqələrinə gedən var? Yalnız məcburi (qorxudularaq) müəllim və dövlət xəstəxana işçilərindən (karusel ) başqa kim gedib ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol