Menu

“Azərbaycan Sənaye Korporasiyası”nda kadr dəyişikliyi baş verib

23.12.2019, 16:02
“Azərbaycan Sənaye Korporasiyası”nda kadr dəyişikliyi baş verib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbəri dəyişib.

“Report” xəbər verir ki, indiyə qədər şirkətə rəhbərlik edən Cavid Ağamaliyev vəzifəsini tərk edib, onu Eldar Məmmədov əvəzləyib.

Xatırladaq ki, “Azərtütün” 2006-cı ildə Azərbaycan şimal-qərb bölgəsində (Balakən, Zaqatala, Qax, Şəki) tütün istehsalı məqsədi ilə yaradılmış "İnter Tobakko" MMC-nin bazasında 2018-ci ildə yaradılıb. Şirkət vaxtilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən götürdüyü kreditləri vaxtında qaytarmadığı üçün onun əmlakları müsadirə edilərək ötən il ASK-ya verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol