Menu

Aztəminatlı ailələrin hər birinə 100 manat yardım ödəniləcək - SƏRƏNCAM

23.12.2019, 17:25
Aztəminatlı ailələrin hər birinə 100 manat yardım ödəniləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılıb.

Şərhlər

Mirzə AĞ 2019-12-23 21:20:24

Bu pullar nazirlərin və deputatların maaşından tutulmalıdır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol