Menu

436 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması ilə bağlı qərar qəbul edilib

23.12.2019, 18:16
436 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması ilə bağlı qərar qəbul edilib

Dekabrın 21-də Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Həmin Fərman Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.

Komissiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iclası açaraq bildirib ki, hərbi qulluqçuların mənzil təminatı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və nəzarətindədir. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır.

Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 763 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb.

Qeyd olunub ki, hazırda mənzil növbəsində olan 339 nəfər hərbi qulluqçu ilə birlikdə, bu günkü iclasın qərarına əsasən növbəyə qəbul edilən hərbi qulluqçulardan 97 nəfəri də daxil olmaqla cəmi 436 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması nəzərdə tutulub.

Bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb və həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Bununla da, bu günə qədər Komissiya tərəfindən 1721 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib.

Şərhlər

Babazadə rəfi 2019-12-24 18:15:53

Mən 1993 cuilin fevralından. ,2019, bu ilin mart aylarında ehtiyyatla buraxilmisam nə vaxt mənzillə. Təmin olunsvm

Babazadə rəfi 2019-12-24 18:11:24

Mən 1993 cuilin fevralından. ,2019, bu ilin mart aylarında ehtiyyatla buraxilmisam nə vaxt mənzillə. Təmin olunsvm

İsgəndər 2019-12-23 20:09:41

Hansısa yaramaz komandir ucbatından günahsız yerə rüşvətxor müstəntiq və məhkəmə sədri tərəfindən qüsur qazanan zabitlərin ailələri nə vaxt sevinəcək. Prezidentimizin və Müdafiə nazirimizin humanistiyinə və obyektivliyinə inanıram.

İsgəndər 2019-12-23 20:08:34

Hansısa yaramaz komandir ucbatından günahsız yerə rüşvətxor müstəntiq və məhkəmə sədri tərəfindən qüsur qazanan zabitlərin ailələri nə vaxt sevinəcək. Prezidentimizin və Müdafiə nazirimizin humanistiyinə və obyektivliyinə inanıram.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol