Menu

Rusiyada gömrük generalı həbs olunub - Evindən 600 min avro, 600 min dollar aşkarlanıb

24.12.2019, 17:04
Rusiyada gömrük generalı həbs olunub - Evindən 600 min avro, 600 min dollar aşkarlanıb

Rusiya Federal Gömrük Xidməti İstintaq İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlık və onun müavini Aleksey Serebro Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Moskvanın Basman Rayon Məhkəməsinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, hər iki şəxs səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Axtarış əməliyyat tədbiri nəticəsində general-leytenant Aleksandr Kizlıkın evindən 600 min avro, 600 min dollar, bahalı saatlar, bəzək-zinyət əşyaları götürülüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu müstəntiq bildirib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol